Çörək

Çörəyə qarşı olan dərin hörmətimiz, səmimi və ürəkdəndir: ona and içirik və heç vaxt çölə atmırıq.  Ölkədə müxtəlif çörəklər bişirilir, ən məşhurları "təndir" və "lavaşdır".  "Təndir" yumurta sarısı ilə yağlanaraq gil sobada bişirildiyi halda, "lavaş" gofret kimi incə olur və "sacda" bişirilir.

Digər bloq yazıları

Dolma

Dolma, ənənəvi olaraq müxtəlif ət və düyü dolğuları ilə doldurulub, üzüm yarpaqlarından hazırlanmış, otlar və ya qoz-fındıqla zənginləşdirilmiş bir yeməkdir.  Adı Azərbaycan dilində ‘doldurmaq’ mənasını verən ‘dolmaq’ felindən gəlir.  Tərkibi  bölgədən bölgəyə və ilin vaxtından asılı olaraq dəyişir.  Məsələn, yay vaxtı doldurulmuş badımcan və ya pomidor da dolma sayılır.

Qutablar

Qutablar ət, ispanaq, pendir və ya balqabaq kimi fərqli dolğularla doldurulmuş və "sac" adlı dəmir diskdə bişirilən bir növ “pancake”dir.  Bakıda və Abşeron bölgəsində qutablar az miqdarda əridilmiş kərə yağı ilə yağlanır, qatıq və narla verilir.  Qutablara ayrıca olaraq sumaq da vurula bilər. Onları boru kimi büküb, əl ilə yeyirlər. Azərbaycanlılar tez-tez qutabları ayran - duz və otlarla qarışdırılmış soyuq bir qatıq içkisi ilə verirlər.

Dovğa

Bu klassik Azərbaycan şorbası qatıq, otlar (keşniş, şüyüd və nanə) və düyüdən hazırlanmış bir qarışıqdır.  Qışda isti, yayda soyuq, bəzən bir stəkanda, bəzən də bir qabda verilən dovğa, bölgələr arasında fərqlənə bilər və xüsusi mərasimlərdə və şənliklərdə mütəmadi olaraq təklif oluna bilər.  Bu yemək vegeterianlar üçün əla seçimdir!

Piti

Şəkinin məşhur bu yeməyi, şəhərin işçi sinfi üçün, doyumlu olan quzu əti yeməyi kimi hazırlanmağa başlamışdır. İndi ölkə daxilində də məşhurdur, amma, buna baxmayaraq, ən orijinal piti qabı üçün mütləq Şəkiyə getməlisiniz. Noxud, şabalıd, zəfəran və yerli ədviyyatlar, yeməyə ləzzətlər qatır, lakin əsas element pitinin bişirildiyi və verildiyi saxsı qablarda olur.  Üstəlik, bu, əslində bir qabda iki yeməkdir: əvvəlcə bulyonu ayrı bir qaba töküb şorba kimi həzz alırsınız, sonra qalan hissəni əsas yemək kimi yeyirsiniz!