Plov

Otlar, quru meyvələr, ət yaxud da balıq və digər yerli məhsullarla qarışdırılmış düyüdən hazırlanan plov heç vaxt cansıxıcı ola bilməyən bir yeməkdir!  Plovun müxtəlif növləri var və o hər hansı bir milli bayramda həmişə süfrədə olur.  Ən populyar növlərdən bəziləri "fişincan" (nar və qoz sousundakı çəkilmiş ət ilə), "şirin" (kişmiş və qurudulmuş ərik ilə) və yağlı lavaş çörəyi qatlarına bürünmüş "şah"dır.

Digər bloq yazıları

Dolma

Dolma, ənənəvi olaraq müxtəlif ət və düyü dolğuları ilə doldurulub, üzüm yarpaqlarından hazırlanmış, otlar və ya qoz-fındıqla zənginləşdirilmiş bir yeməkdir.  Adı Azərbaycan dilində ‘doldurmaq’ mənasını verən ‘dolmaq’ felindən gəlir.  Tərkibi  bölgədən bölgəyə və ilin vaxtından asılı olaraq dəyişir.  Məsələn, yay vaxtı doldurulmuş badımcan və ya pomidor da dolma sayılır.

Qutablar

Qutablar ət, ispanaq, pendir və ya balqabaq kimi fərqli dolğularla doldurulmuş və "sac" adlı dəmir diskdə bişirilən bir növ “pancake”dir.  Bakıda və Abşeron bölgəsində qutablar az miqdarda əridilmiş kərə yağı ilə yağlanır, qatıq və narla verilir.  Qutablara ayrıca olaraq sumaq da vurula bilər. Onları boru kimi büküb, əl ilə yeyirlər. Azərbaycanlılar tez-tez qutabları ayran - duz və otlarla qarışdırılmış soyuq bir qatıq içkisi ilə verirlər.

Çay

Azərbaycanda çay istilik və qonaqpərvərliyin sinonimidir. Ənənəyə əsasən, heç vaxt bir qonağa, evinizi, çay təklif etmədən tərk etməsinə icazə verməyin. Çay mərasimləri əsrlər boyu öz ayin və mərasimlərini əhatə edən şəkildə inkişaf etmişdir. Çayımızı "armudu" adlanan armud şəklindəki xüsusi bir stəkanda, tez-tez limon, şəkər, bal, cem, qoz-fındıq və şirniyyatlarla birlikdə veririk.  Ən məşhur olan qara çaydır.

Şəkərbura

Şəkərbura

Şəkərbura qarşısıalınmaz dərəcədə olan şirin bir xəmir yeməyidir.  Xüsusi balaca maşa istifadə edərək zərif xarici naxışlarla yarım aya bənzər formada işlənir. İçərisi üyüdülmüş badam, fındıq, qoz və şəkərlə doludur. Ən dadlı şəkərbura o qədər yumşaq olmalıdır ki, ağızda dərhal ərisin! Şəkərbura da “paxlava” kimi, çox sevilən, Novruz bayramının simvolik şirniyyatlarından biridir. Bu müddətdə ailə və dostlar onları birlikdə bişirmək üçün güclərini birləşdirirlər.