Paxlava

Dadına doyulmaz və ən ləzzətli xəmir xörəyimiz, məşhur paxlava: qoz-fındıq və ya püstə ilə doldurulmuş, bal və ya şərbət ilə örtülmüş xəmir təbəqələri.  Ənənəvi olaraq Novruz tətilində "şəkərbura" və "şorqoğal" ilə birlikdə yeyilir, amma, eyni zamanda il boyu da   ləzzətlə yeyilə bilər. Paxlava, alovu simvolizə edən bir almaz formasına malikdir və bölgədən bölgəyə fərqlənir. Şirniyyatları ilə məşhur olan iki şəhər - Şəki və Qubada paxlavanın regional dəyişikliklərini sınamağınızı tövsiyə edirik.

Digər bloq yazıları

Dolma

Dolma, ənənəvi olaraq müxtəlif ət və düyü dolğuları ilə doldurulub, üzüm yarpaqlarından hazırlanmış, otlar və ya qoz-fındıqla zənginləşdirilmiş bir yeməkdir.  Adı Azərbaycan dilində ‘doldurmaq’ mənasını verən ‘dolmaq’ felindən gəlir.  Tərkibi  bölgədən bölgəyə və ilin vaxtından asılı olaraq dəyişir.  Məsələn, yay vaxtı doldurulmuş badımcan və ya pomidor da dolma sayılır.

Plov

Otlar, quru meyvələr, ət yaxud da balıq və digər yerli məhsullarla qarışdırılmış düyüdən hazırlanan plov heç vaxt cansıxıcı ola bilməyən bir yeməkdir!  Plovun müxtəlif növləri var və o hər hansı bir milli bayramda həmişə süfrədə olur.  Ən populyar növlərdən bəziləri "fişincan" (nar və qoz sousundakı çəkilmiş ət ilə), "şirin" (kişmiş və qurudulmuş ərik ilə) və yağlı lavaş çörəyi qatlarına bürünmüş "şah"dır.

Dovğa

Bu klassik Azərbaycan şorbası qatıq, otlar (keşniş, şüyüd və nanə) və düyüdən hazırlanmış bir qarışıqdır.  Qışda isti, yayda soyuq, bəzən bir stəkanda, bəzən də bir qabda verilən dovğa, bölgələr arasında fərqlənə bilər və xüsusi mərasimlərdə və şənliklərdə mütəmadi olaraq təklif oluna bilər.  Bu yemək vegeterianlar üçün əla seçimdir!

Çörək

Çörəyə qarşı olan dərin hörmətimiz, səmimi və ürəkdəndir: ona and içirik və heç vaxt çölə atmırıq.  Ölkədə müxtəlif çörəklər bişirilir, ən məşhurları "təndir" və "lavaşdır".  "Təndir" yumurta sarısı ilə yağlanaraq gil sobada bişirildiyi halda, "lavaş" gofret kimi incə olur və "sacda" bişirilir.